`İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir` - Səfir
23:07 14 Mart 2017
"İsrail dövləti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
Bunu Şabranda səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.
“Biz ümid edirik ki, Azərbaycan və Ermənistan bu münaqişəni sülh yolu ilə həll edəcəklər”, - deyə o, söyləyib.
Səfir bütün münaqişələrin sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb: “Biz öz təcrübəmizə əsaslanaraq deyə bilərik ki, münaqişənin sülh yolu ilə həll olunmasını dəstəkləyirik. İsrail qonşuları ilə bir sıra müharibələr keçirib, əsgərlər həlak olublar. Ona görə də biz müharibənin nə qədər fəlakət yaratdığını bilirik. Bu sahədə İsrailin əldə etdiyi ən böyük nailiyyət Misir və İordaniya ilə razılıqdır". (APA)
Femida.az
Oxunub: 806
Oxşar xəbərlər
- `İsrail terror dövlətidir`- Ərdoğan sərt danışdı
- `İsrail-Fələstin münaqişəsi ağrılı məsələdir` - Məmmədyarov
- `İsraillə Azərbaycan uzunmüddətli dostluq mövcuddur` - Netanyahu
- `İsrail hər zaman Azərbaycanın yanındadır` - Arye Qut
- `İsrailin `erməni soyqırımı` ilə bağlı mövqeyi dəyişməzdir`
- `İsraillə əlaqələrimiz yaxşılaşır` - Ərdoğan